Kralı Salman Prezident İlham Əliyevə təbrik ünvanlayıb
24 May 2021 13:52 Siyasətİki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız
Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Ocağın Xadimi,
Səudiyyə Ərəbistanının Kralı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31