Lukaşenko Əliyevə zəng etdi
22 May 2021 15:02 SiyasətBelarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Olaylar.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Belarus Prezidentinin mətbuat xidməti yayıb.
Telefon danışığı zamanı Lukaşenko Əliyevə Belarusa neft tədarükündə verdiyi dəstəyə görə təşəkkür edib. Tərəflər həmçinin iki ölkənin ticarət dövriyyəsində artımdan məmnun olduqlarını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev həmkarını Ermənistan-Azərbaycan sərhədindəki situasiya ilə bağlı məlumatlandırıb. Belarus lideri yaxın günlərdə situasiyanın həll olunacağına ümid etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31