Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq
21 May 2021 06:34 Siyasətİkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan bir sıra vacib təklif və təşəbbüslərlə çıxış edib.
AZƏRTAC bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, həmin təklif və təşəbbüslər 10 noyabr 2020-ci il birgə bəyanatında öz əksini tapıb:
"Bu layihələrin reallaşdırılması üzrə işlər artıq başlayıb. Azərbaycan bunun üçün texniki və maliyyə ehtiyatları ayırıb. Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31