Yaxın Şərqin şər qüvvəsi

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın qonşuları baxımından heç də bəxti gətirməyib. Şimal qonşumuz yüz illərlə Azərbaycanı öz işğalı altında saxlamaq siyasəti yürüdüb, müəyyən dövrlərdə buna nail olubsa, həm qərb, həm də şərqdən bizimlə qonşu olan Ermənistan isə tarixən Azərbaycana qarşı separatizm və terrorçuluq siyasəti həyata keçirib. Tarixin ayrı-ayrı dövrlərində hətta daşnaklar azərbaycanlılara qarşı soyqırım da həyata keçiriblər. Yaxın tariximizdə, XX əsrin 90-cı illərində Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı birləşmələri tərəfindən həyata keçirilən soyqırım aktı bunun əyani sübutudur.

Azərbaycanın cənub qonşusu da heç də rəsmi Bakı üçün səmimi, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verən, Azərbaycanın inkişafını istəyən, bu inkişafa sevinən bir dövlət deyil. Bəli, söhbət qara çarşaba bürünüb din pərdəsi altında dinimizə zidd əməllər edən, addımlar atan İran İslam Respublikasından gedir. Adını İslam Respublikası qoyan, özü isə Yaxın Şərqin şər, qüvvəsi dövləti olan İran da şimal qonşumuz kimi daima Azərbaycanı əsarətdə saxlamağa, ərazilərimizi zəbt etməyə, qonşuluq münasibətlərinə zidd addımlar atmağa üstünlük verib. İranın bu günkü varlığında Azərbaycanın böyük rolunun olmasına baxmayaraq Tehran daima Azərbaycana qarşı qeyri-səmimi olub, nəinki qonşuluq münasibətlərinə, hətta eyni dinin daşıyıcıları olmağımıza zidd addımlar atıb. Bunun ən bariz nümunəsi İranın din qardaşı hesab edilən Azərbaycanın ərazilərini işğal edən Ermənistana hərtərəfli dəstək olmasıdır. Dağlıq Qarabağ münaqişəsi başlayandan İranın Ermənistan üçün nəfəslik rolunu oynadığı təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də bütün dünyaya məlumdur. İşğalçı və terrorçu dövlətin iqtisadi inkişafını təmin etmək üçün Tehranın bu ölkəyə hərtərəfli yardımlar göstərməsinə dair kifayət qədər faktlar var. Bu azmış kimi 44 günlük Vətən müharibəsi dövründə də İran açıq-aşkar Ermənistanın yanında yer aldı desək yanılmarıq. Dəfələrlə İran ərazisindən işğalçı ölkəyə hərbi yüklərin, texnikaların daşınması barədə videofaktlar ortaya çıxdı. Azərbaycanın uğrulu hərbi əməliyyatları "İslam Respublikası"nı o qədər narahat etdi ki, hətta sərhədimizə yaxın ərazidə İran qoşunları hazırlıq vəziyyətinə gətirildi. Baxmayaraq ki, Axərbaycan yalnız öz sərhədləri daxilində, ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparırdı. Bu prosesdə İran din qardaşının, haqqın, ədalətin yanında olmaq əvəzinə, şeytanın, şərin sırasında özünə yer tapdı.

44 günlük Vətən müharibəsində tarixi zəfərimizdən sonra İranın qeyri-səmimiliyi, şeytani davranışları bir daha üzə çıxdı. 30 ilə yaxın müddətdə ərazilərimizi işğala məruz qoyan Ermənistanla eyni sırada olan, düşmənin işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlərdə bulunan, hətta nəzarətsiz zonalarda yetişdirilən narkotiklərin öz ərazisindən keçməklə üçüncü ölkələrə çatdırılmasını təmin edən Tehran qələbədən sonra ənənəsinə sadiq qalaraq öz məkirli planlarını işə salmağa başladı. Rəsmi Bakıya azad edilmiş ərazilərdə aparılacaq quruculuq-abadlıq işlərində iştirak etmək niyyətində olduğu mesajını verdi. Azərbaycan tərəfi isə haqlı olaraq cənub qonşumuzun bu istəyinıə müsbət reaksiya bildirmədi.

Belə olan halda isə İran yenidən öz şər mahiyyətinə uyğun olan planlarını işə salıb. Belə ki, indi də Tehran Qara göl ətrafında Ermənistan tərəfinin qeyri-obyektiv yanaşması səbəbindən yaranmış sərhəd insdentindən Azərbaycana qarşı istifadə etməyə çalışır.  Çarşab altında gizlənən şeytanlar iddia edirlər ki, Azərbaycan Ermənistan ərazisinə müdaxilə edir. Birincisi, cənub qonşumuzda belə bir iddia ilə çıxış edən əbləhlər tarixi daha dərindən öyrənsələr yaxşı olar. Çünki Dağlıq Qarabağ münaqişəsi başlamazdan əvvəl belə Qara göl ərazisi Azərbaycana məxsus olub. Məsələnin digər tərəfinə gəlincə isə, məgər Ermənistanın İranın kəbinli əridir ki, ondan ötrü çox narahat olur?  Yaxşı olar ki, İran indiyə qədər ayaqda durmağının, varlığının səbəbini dərindən fikirləşsin, əmmaməsini, çarşabını qarşısına qoyub yaxşı-yaxşı fikirləşsin. Hər halda fikirləşməkdə fayda var.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31