Paşinyan Qazaxın 7 kəndinin Azərbaycana qaytarılacağını təsdiqlədi

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bugünkü hökumət iclasında ölkənin Venesiyadakı keçmiş səfiri Mikayel Minasyanın son günlər yayımladığı sənədi imzalayacağını açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Beynəlxalq tərəfdaşlarımızla ilkin razılığa gəldiyimiz həll yolları 99,9% yox, 100% Ermənistanın maraqlarına uyğundur. Bəli, Azərbaycan bu razılaşmaları danışdığımız şərtlərdə həyata keçirsə, mən sənədi imzalayacağam", - deyə Paşinyan qeyd edib.

Ermənistan lideri bu barədə məlumatı ilk yayan şəxsi - Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyanı da tənqid edib.

"Əgər bu sənəd anti-erməni məzmunludursa, sətirləri örtülməməli, açılmalı və xalqa təqdim edilməlidir. Niyə gizlənirsiniz?"

Xatırladaq ki, Minasyan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını qeyd etmişdi.

Minasyan Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarmağı nəzərdə tutan, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələləri üzrə birgə komissiyanın yaradılması barədə yayılan xəbərləri təsdiq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31