Deputat: “Belarusun müdafiə nazirinin səfəri rəsmi Minskinin dövlətimizə yanaşmasını ortaya qoyur”
19 May 2021 11:10 Siyasət"Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb".
"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Belarusun müdafiə naziri Viktor Xreninin cənab İlham Əliyevin qəbulunda dediyi bu sözlər bir tərəfdən rəsmi Minskin dövlətimizə yanaşmasını ortaya qoyur, digər tərəfdən isə Ermənistanın KTMT-dən yenidən Azərbaycana qarşı faydalanmaq cəhdinin cəhd olaraq da qalacağını göstərir: "Elə səfərin məhz bu günlərdə olmasının özü də heç də təsadüf deyil. Bu, Belarusun kimin yanında olduğunun, kimlə əməkdaşlığa daha çox üstünlük verdiyinin bir göstəricisidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31