İranın Azərbaycandan İNANILMAZ TƏLƏBİ – Ağsaqqallıq etmək qərarına gəlib…
17 May 2021 14:41 Siyasətİran Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisələri diqqətlə izləyir və iki ölkə arasındakı mübahisələri sülh yolu ilə həllinin zəruriliyini qeyd edir.
Olaylar.az xəbər verir ki, belə bir bəyanatla İran XİN-nin rəsmi nümayəndəsi Səid Xətibzadə çıxış edib.
O bəyan edib ki, İran son günlərdə iki qonşu ölkə olan Azərbaycanla Ermənistan sərhəddində baş verən hadisələri diqqətlə izləyir və proseslərin tezliklə danışıqlar yolu ilə həllinə ümid edir: "İran bölgədə sabitliyin qorunması üçün sərhəddə yaranan gərginlikdən yayınmağın zəriri olduğunu bəyan edir".
Bununla belə İran XİN sözçüsü, Tehranın iki ölkə arasındakı fikirayrılığının aradan qalxmasına öz töhfəsini verməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31