Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
17 May 2021 14:20 SiyasətRusiya prezidenti Vladimir Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, V.Putin həmin razılaşmaların icrasına alternativin olmadığını hesab edir:
"İndi sərhəddə gərginliyin azaldılması və vəziyyətin düzəlməsi üçün ciddi səylər göstərilir".
D.Peskov əlavə edib ki, Rusiya Qarabağda vəziyyətin tənzimlənməsi məsələsində daim Azərbaycan və Ermənistanla təmasdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31