Zəngəzurda Ermənistan və Azərbaycan arasında gedən danışıqlar yekunlaşdı
16 May 2021 06:15 SiyasətZəngəzurda Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı aparılan danışıqlar başa çatıb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. "Əldə edilmiş razılığa əsasən danışıqlar sabah saat 14.00-da davam etdiriləcək"-deyə məlumatda vurğulanır.
Bu gün aparılan danışıqlar nəticəsiz qalıb. Azərbaycan demarkasiya ilə bağlı yerləşdiyi ərazini tərk etməyib.
Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31