Dövlət sərhədində gərginlik: ABŞ Azərbaycana və Ermənistana çağırış etdi
14 May 2021 09:40 SiyasətABŞ administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb.
AZƏRTAC bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb. N.Prays qeyd edib ki, ABŞ hökuməti Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyir. Rəsmi Vaşinqtonun tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşdüyünü, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31