Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
12 May 2021 15:48 SiyasətSabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq.
Bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada "Xarıbülbül" festivalının açılışında iştirak edərkən çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31