Kazanda məktəbə hücum - 8 şagird öldü, matəm elan olundu - VİDEO - FOTO - YENİLƏNİB

Rusiyanın Tatarıstan Respublikasında Kazan məktəbindəki faciədən sonra 12 may matəm elan olunub.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova jurnalistlərə açıqlamasında deyib.

--------

Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən orta məktəbə silahlı hücumu həyata keçirən yeniyetmə saxlanılıb.

"RİA Novosti" agentliyi bu barədə hüquq mühafizə orqanlarına istinadən xəbər yayıb.

Qeyd edək ki, ən son məlumatlara görə, məktəbdə baş verən atışma nəticəsində səkkiz şagird və bir müəllim öldürülüb. 

-------

Rusiyada məktəbdə baş vermiş atışma nəticəsində 9 nəfər həlak olub.

Daha 4 nəfər xəsarət alıb.

Ölənlərdən 8 nəfəri şagird, biri müəllim olub.

Qeyd edək ki, Tatarıstanın Kazan şəhərində məktəblərin birində atışma baş verib. Hadisəni törədən 17 yaşlı yeniyetmə saxlanılıb.

Hadisədən sonra Kazanın digər məktəblərində təhlükəsizlilk tədbirləri gücləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31