Yaponiyada kimyəvi zavodda GÜCLÜ PARTLAYIŞ
11 May 2021 11:07 SiyasətMayın 11-də yerli vaxtla səhər saat 7:45-də Yaponiyanın Fukuşima prefekturasında yerləşən İvake şəhərindəki kimyəvi zavodda partlayış baş verib.
Publika.az xəbər verir ki, nəticədə ən azı dörd nəfər xəsarət alıb. Bildirilir ki, partlayışdan sonra müəssisədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər və polis cəlb olunub.
Qeyd edilir ki, "Sakai Chemical Industry" şirkətinə məxsus zavodda kosmetik sənaye üçün sink tozu istehsal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31