“Ermənistan” seçki blokunun  ilk uğursuzluğu

Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkisinə qoşulmasını elan etdikdən  sonra seçki marofonunda ilk məğlubiyyətini yaşadı. O, Daşnaksütyun və "Yenidən Yaranan Ermənistan" partiyaları   ilə birlikdə  May ayının 9-na , Alman faşizmi üzərində qələbənin 76-cı ildönümünə təyin etdiyi mitinqə cəmi 2 min nəfər  tərəfdar yığa bildi. Bununla Baş Nazir postu uğrunda başladığı mübarizənin heç də uğur gətirməyəcəyi haqqında ilk siqnalı aldı
Mitinqdən əvvəl Robert Koçaryan, Daşnaksütyun partiyası və "Yenidən Yaranan Ermənistan" Partiyası siyasi sahədə əməkdaşlıq etməklə bağlı- qarşıdakı seçkidə bir blok halında iştirak etmək üçün- niyyət protokolu imzaladılar. Qurduqları bloku "Ermənistan" - " Ayastan"  adlandırdılar və ona rəhbərliyi Robert Koçaryan üzərinə götürdü. Bunula Koçaryan eyni zamanda Baş Nazir vəzifəsinə namizəd funksiyasına da sahib oldu.
Niyyət protokolunu ikinci prezident Robert Koçaryan, Daşnaksütyun partiyasının Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan və " Yenidən Yaranan Ermənistan" Partiyasının lideri Vaqe Akopyan imzaladı.
Diqqət çəkən məqam ondan ibarətdir ki, bir qədər əvvəl 2021-cil ildə əsası qoyulan  " Yeni Yaranan Ermənistan" Partiyasının Qondarma Qarabağ Respublikasının Prezidenti olmuş, Robert Koçaryanın rəhbərlik etdiyi quldur Qarabağ klanının tanınmış nümayəndəsi Arkadi Qukasyan tərəfindən yardıldığı bildirilirdi. İndi isə partiyanın lideri kimi Zəngəzur mahalının keçmiş qubernatoru Vaqe Akopyanın adı çəkildi. Bu dəyişiklik Koçaryanın daha uzağa gedən niyyətindən xəbər verirdi. Arkadi Qukasyanın yeni yaranan Partiyanın liderliyindən formal olaraq uzaqlaşdırılması və onu yerinə Vaqe Akopyanın irəli çəkilməsi Koçaryana Qarabağ klanınının hakimiyyətə gətirməyə cəhd etməsi məqsədini qismən də olsa pərdələməyə imkan verir. 
Digər tərəfdən, Zəngəzur bölgəsi son hadisələr fonunda indiki hakimiyyətə qatı müxalif olan qüvvələrin cəmləşdiyi məkan kimi tanınır. Paşinyanın bu yaxınlarda ora səfəri zamanı üzləşdiyi problemlər Koçaryanda  burada yetərli səs toplayacağı haqda ümidlər yaradıb. Ona görə də bu partiyanı Zəngəzura bağlamaqla Paşinyandan narazı olan qüvvələri bir araya gətirmək istəyir.

Partnyor kimi Daşnaksütyun Partiyasının seçilməsinə gəlincə SSRİ dağıldıqdan sonra Ermənistanda hakimiyyətdə olan prezidentlər içində təkcə Robert Koçaryan bu Partiyaya geniş fəaliyyət imkanı vermişdi. Məhz onun rəhbərliyi altında Daşnaksütyun indiki inkişaf səviyyəsinə qədər qalxıb. Eyni zamanda, Daşnaksütyun təkcə Ermənistanda deyil bütün dünyada Paşinyan rejiminə qarşı mübarizə aparır və çoxsaylı diaspora təşkilatlarını indiki hakimiyyətə dəstək verməməyə çağırır.
Robert Koçaryan imzalanma mərzsimindən sonra tərəfdarları qarşısında çıxış edib. " Biz hər bir erməninin fəxr edəcəyi nümunəvi dövlət quracağıq. Bizim əvəzimizə heç kim ölkənin təhlükəsizliyi və onun iqtisadi inkişafını təmin etməyəcək. Bəli bizim dostlarımız və müttəfiqlərimiz var, bizim etməli olduğumuz işi isə heç kim bizim yerimizə etməyəcək. Bizimlə olacaqlar, bizə yardım əli uzadacaqlar, amma ölkənin taleyi bizim əlimizdədir."
Robert Koçaryanın nümunəvi Erməni dövləti yaratmaq haqqındakı vədləri bizim eradan əvvəlki Yunan filosoflarının ideal dövlət yaratmaq haqqında sentimental fikirləri ilə üst-üstə düşür. O hələ də dərk etmir ki, tarix yarandığı gündən bəri belə ideal dövlətin qurulmasına cəhd olunur, amma hələ uğur qazananlardan xəbər yoxdur. Digər tərəfdən, bu imkana malik idinsə nədən hakimiyyətdə olduğun dövrdə ən azından normal inkişafa malik dövlət qura bilmədin?
" Dostlarımız". " müttəfiqlərimiz" epitetlərinin Rusiyaya ünvanlandığı şübhəsizdir. Burada Koçaryanın xəyal qırıqlığına uğrdığı aşkar görünür. Bu kəlmələr həm də Rusiya və Putinin Robert Koçaryana əvvəlki dəstəyi vermədiyinin daha bir sübutudur. Görünür Putin üçün həqiqətən "böyük siyasətdə dostluğa yer yoxdur ". 
Belə dəstək olmadan 20 iyuna nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərində qalib gəlməə ümid  eks prezidentin hələ də boş xəyallarla təsəlli tapmasından xəbər verir. 
Əlimusa Ibrahimov.
Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31