Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31