Politoloq: “Nəinki Dağlıq Qarabağ respublikası, Dağlıq Qarabağ ifadəsi belə artıq yoxdur”
8 May 2021 14:04 SiyasətABŞ konqresində ermənilərin oyuncağı Kris Smit parlamenti "Arsaxa" dəstək olmağa və 50 milyon dollar yardım etməyə çağırıb. "Olaylar"ın xəbərinə görə, politoloq Zaur Məmmədov xatırladıb ki, 44 günlük müharibədən sonra qondarma respublikanın adını hər hansı bir tədbirdə, iclasda, ələlxüsus parlamentdə çəkmək, üstəlik separatçılara maliyə yardım etmək - beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir: "Nəinki Dağlıq Qarabağ respublikası, ümumiyyətlə Dağlıq Qarabağ ifadəsi belə artıq yoxdur. Bu kimi çağırışlar isə revanşistlərə və separatçılara dəstəkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31