Müharibə təhlükəsi artır - Sərhədə ağır texnika yeridildi

Qırğızıstan sərhəd xidməti tacik hərbi texnikasının sərhəd istiqamətinə yerildildiyi barədə xəbər yayıb.

Texnika toqquşmaların baş verdiyi əraziyə yeridilib. Hazırda bölgədə vəziyyət orta ağır dəyərləndirilir.

Qeyd edək ki, Qırğızıstanda 1-2 may tarixləri Tacikistanla sərhəddəki konflikt ucbatından ölənlərə görə milli matəm günləri elan edilib. Bu barədə əmri Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb. Japarovun əmrinə əsasən, matəm günlərində ölkədə bütün əyləncəli proqramlar ləğv ediləcək və ölənlərin yaxınlarına yardım ediləcək. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31