Politoloq: “Mən də başa düşmürəm ki, bu ağılnan o, iki müddət necə prezident olub”
30 Aprel 2021 10:31 Siyasət"Robert Koçaryan öz tərəfdarlarına 44 günlük müharibədən danışarkən deyib: " Məndə elə təəssürat yaranıb ki, bu planlaşdırılmış məğlubiyyət oldu. Biz bu müharibədə belə uduzmalı deyildik. Biz ümumiyyətlə uduzmalı deyildik. Mən çox təəssüf edirəm. Çoxlu suallar var ki, cavabını tapa bilmirəm". Məsələyə münasibət bildirən politoloq Əlimusa İbrahimov "Olaylar"a deyib ki, Köçəryana hələ də çatmayıb ki, ermənilər çox qısa müddətdə darmadağın olublar: "Mən də başa düşmürəm ki, bu ağılnan o, iki müddət necə prezident olub. Uduzmağın formaları da olurmu? "Belə uduzmalı deyildik?"Necə uduzmalı idiniz, Robert? Sizin məğlubiyyətinizin planlaşdırılmasına gəlincə burada haqlısan. Amma sizin məğlubiyyətiniz deyil, bizim ildırımsürətli qələbəmiz həqiqətən planlaşdırılmışdı və sənin fikrində tutduğun adamlar tərəfindən deyil. Bizim qələbəmizin Baş Planını Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərtib etdi və şanlı Azərbaycan ordusu bu planı həyata keçirdi. Bu plan o qədər uğurlu alındı ki, sən hələ də nəyə uğradığınızı aydınlaşdıra bilmirsən".