Robert Koçaryanın seçki oyunu- Yenə yalan, yenə blef
“Mənim müharibəni uğurlu aparmaq təhlükəsizlik sistemi qurmaq sahəsində təcrübəm var. Dövlət idarəçiliyində illərlə işləmişəm.
29 Aprel 2021 11:01 Siyasət"Mənim müharibəni uğurlu aparmaq, təhlükəsizlik sistemi qurmaq sahəsində təcrübəm var. Dövlət idarəçiliyində illərlə işləmişəm. Özəl şirkətdə iş apara bilirəm. Niyə qayıtdım-məni qaytardılar. Əgər ölkədə vəziyyət yaxşı olsaydı özəl şirkətdə işi buraxıb gəlməzdim. Amma vəziyyət elədir ki, kənarda durub tamaşa edə bilmərəm . Kiminsə vəziyyəti düzəldə biləcəyini görmürəm." Bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz tərəfdarları qarşısında çıxış edərkən deyib. Maraqlıdır, Köçəryanın bu açıqlaması seçki prosesinə hansı təsirini göstərə bilər? Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirib ki, Paşinyanın Baş Nazir postundan növbəti dəfə istefa verməsindən sonra ermənistanda seçkiqabağı kompaniya bir qədər canlanıb: "Söz yox ki, Paşinyana müxalif olan qüvvələrin əksər hissəsi belə şəraitdə seçkidə iştirak edərək qalib gəlməyi ağlabatan hesab etmirlər. Onlar növbədənkənar parlament seçkilərində iştirak etsələr də formal iştirak edəcəklər. Koçaryan isə bir qədər ciddidir seçki şousuna qatılmaqda. Onun seçkidə iştirak etmək istəməsinin səbəbi isə heç də özünün izah etdiyi kimi deyi. Onu seçkiyə çağırmırlar. O seçkidə iştirak etməyə məcburdur. Koçaryanın gələcək siyasi karyerası və ümumiyyətlə azadlıqda qalması seçkidə kimin qalib gəlməsindən daha çox asılıdır. Doğrusu Paşinyanın yeni qüvvə ilə hakimiyyətə qalması ikinci prezidentin gələcəyə olan ümidlərini tam alt-üst edir. Onun Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə dostluq əlaqələrinə bağladığı ümidlər də özünü doğrultmur. Putinə görə böyük siyasətdə "Koçaryanla dostluğa yer yoxdur"- deyəsən. Belə olan halda Robert Koçaryanın növbədənkənar parlament seçkisinə qoşulub axıra qədər mübarizə aparmaq daha perspektivli görünür nəinki oturub Paşinyanın Koçaryanla bərabər Qarabağ erməni klanının axırına çıxmasını seyr etmək. Budur Robert Koçaryanı növbədənkənar seçkilərdə iştirak etməyə məcbur edən səbəb. Tərəfdarları ilə görüşdə isə o blef etməyə məcburdur. Amma o bu zaman da eyforiyaya girir və unudur ki, onun Azərbaycan xalqının qanını tökdüyü illər, hakimiyyətdə olduğu dövr artıq geridə qalıb. Azərbaycanın qanını tökən cəlladlar üçün qan tökmək zamanı artıq gəlib".