Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir
27 Aprel 2021 15:12 SiyasətBir ildən artıqdır ki, dünyanı cənginə alan koronavirus pandemiyası ölkə sərhədlərimizə yaxınlaşan andan Azərbaycan ona qarşı ən effektiv, səmərəli mübarizə aparan ölkələr sırasında yer aldı. Ötən illər ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr də belə deməyə əsas verir. Maraqlısı odur ki, Azərbaycan yalnız öz təhıükəsizliyini, insanlarının sağlamlığını qorumaq istiqamıətində tədbirlər həyata keçirib, addımlar atmadı. Eyni zamanda beynəlxalq təşəbbüslərlə çıxış etdi, dünyanın ən nüfuzlu siyasi və sosial təsisatlarını pandemiyaya qarşı mübarizəyə səfərbər etdi. Rəsmi Bakının təşəbbüsü ilə ötən müddət ərzində keçirilən beynəlxalq səviyyəli toplantılar, tədbirlər fonunda bunu aydın görmək mümkündür. Türk Şurasına daxil olan ölkələrin Bakı Zirvə görüşü, Qoşulmama Hərəkatı, eləcə də BMT-nin pandemiya ilə bağlı müxtəıif vaxtlarda toplantılar keçirməsi məhz Azərbaycanın təşəbbüskarlığının nəticəsi idi. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan yaınız təşəbbüskarlıqla çıxış edib qlobal səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə aparılmasının zəruriliyini önə çəkmir, eyni zamanda bu mübarizənin effektivliyinə çalışır, ona mane olan, əngəl yaradan amillərə qarşı çağırışlar edir, digər həmfikir ölkələri bu prosesə səfərbər edir. Qeyd etmək yerinə düşər ki, bu gün qlobal miqyasda koronavirus pandemiyasına qarşı mübarizədə müşahidə edilən ən ciddi problem COVİD-19-a qarşı tətbiq edilən vaksinlərin qeyri-bərabər şəkildə bölüşdürülməsidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son on illərdə ikili standartlar, güclü-zəif prinsipləri ilə idarə olunan dünya insanlıq üçün ciddi təhlükə mənbəyi olan koronavirusa qarşı mübarizədə də özünü açıq şəkildə göstərir. Bir sıra ölkələr, zəngin dövlətlər, yaxud imperialist qüvvələr tələbatdan artıq vaksin aldığı, əhali sayından kifayət qədər çox vaksinə malik olub israfçılığa yol verdiyi halda, nisbətən kasıb, iqtisadi inkişafı zəif olan ölkələrin öz əhalisini təhlükəsizliyini, sağlamlığını təmin etməyə imkanı çatmır. Yaxud onlar vaksin əldə edə bilmirlər. Bu da öz-özlüyündə qlobal səviyyədə ədalətsizlik, ikili standartların bariz nümunəsidir. Elə son aylarda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də diqqət yetirdiyi əsas məsələ məhz budur. Düzdür, Azərbaycanın iqtisadi imkanları kifayət edir ki, vətəndaşlarını tam vaksinləşdirsin. Artıq bir xeyli müddətdir ki, ölkəmizdə vaksinləşmə işlərinə də start verilib. Cari ilin yanvar ayından etibarən başlanan vaksinləşmə kampaniyası çərçivəsində Azərbaycanda bu günədək 1,4 milyondan çox vaksin istifadə olunub ki, bu da əhalinin 14 faizini təşkil edir. Hazırda da bu proses uğurla davam edir.
Qeyd etdiyimiz kimi Azərbaycan öz vətəndaşlarını vaksinləşdirməyə iqtisadi gücü, imkanı çatan dövlətlərdəndir. Lakin hər zaman insanpərvərlik, humanism prinsiplərinə sadiqlik nümayiş etdirən rəsmi Bakı, eləcə də Azərbaycan Prezidenti Cənab İlham Əliyev vaksinləşmə prosesində beynəlxalq səviyyədə mövcud olan ikili standartların, ədalətsiz yanaşmanın aradan qaldırılmasının tərəfdarıdır. Elə bu günlərdə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı da dövlət başçısı bu problemə toxunub. İlham Əliyev bildirib ki, vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır. "Vaksin millətçiliyi", vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib
Göründüyü kimi, pandemiya ilə qlobal mübarizədə Azərbaycan təkcə yerli deyil, həmçinin qlobal səviyyədə fəal mövqe nümayiş etdirir. Belə ki, Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində çalışır, təşəbbüslərlə çıxış edir. Diqqət çəkən və təqdir olunan məqam isə ondan ibarətdir ki, Azərbaycanın qlobal təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir.
Füzuli
Olaylar.az