Deputat: “Baydenin bəyanatı Türkiyənin dünyada artan nüfuzuna xələl gəturmək məqsədi güdür”
27 Aprel 2021 14:52 Siyasət"Erməni soyqırımı" məsələsi, özləri bəşər tarixinin ən dəhşətli soyqımlarını törətmiş böyük güclərin Türkiyəyə təzyiq etmək, öz siyasi məqsədələrinə nail olmaqda erməni diasporundan faydalanmaq vasitəsi, eləcə də xüsusi "biznes layihısi"nə çevrilərək erməni lobbisinə və diasporuna böyük pullar gətirən uydurma bir şeydir. ABŞ prezidenti Co Baydenin bəyanatı da ilk növbədə Türkiyənin regionda və dünyada artan nüfuzuna xələl gəturmək məqsədi güdür". Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Əli Məsimli deyib. Qeyd edib ki, qardaş Türkiyə 106 il bundan əvvəlki dövlət deyil,çox önəmli bir regional gücdür və dünya gücünə çevrilmək istiqamətində uğurla hərəkət edir: "İndiyə qədər olduğu kimi, bu dəfə də Türkiyə çətinlikləri adlaya biləcək.Co Baydeninin bu bəyanatının Türkiyə üçün heç bir hüquqi nəticəsi olmayacaq,amma diplomatik gərginik və əlavə problemlər yaradacaq".
Əli Məsimli bu yaxınlarda Co Bayden kimi, Fransa Senatının sədrinin də böyük siyasi riyakarlıq, tarixi faktları təhrif edən saxtakarlıq, fitnəkarlıq və şantaj nümunəsi olan bəyanat və açıqlamalarını xatırladaraq qeyd edib ki, bütün bunlar Co Baydenin bəyanının yan nəticəsi kimi digər hədəfin isə Qarabağ olmasından xəbər verir: " Həmin qərəzli meyllərə qarşı intellektual mübarizəyə üstünlük vermək, Türkiyə-Azərbaycan bircə səylərini bütün səviyyələrdə, o cümlədən parlamentlər səviyyəsində bundan sonra da davam etdirmək, Türkiyə və Azərbaycan diaspora fəaliyyətlərini birləşdirərək daha da fəallaşdırmaq, nəticəliliyini artırmaq, davamlı olaraq qondarma "erməni qoyqımı" spekulyasiyasına qarşı kəskin və pronsipial mövqe ortaya qoymaq, daim qardaş Türkiyənin yanında olmaq lazımdır".