Bu saxtakarlıq erməniləri cəsarətləndirir - Fəxrəddin Altun
27 Aprel 2021 13:56 SiyasətTarixi saxtalaşdırmaqda davam etmək erməni radikallarını daha da cəsarətləndirir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, bu şəxslər ABŞ-da azərbaycanlılara qarşı təhdidlər səsləndirir: "Biz bu gərginlikdən narahatlığımızı ifadə edirik və Azərbaycanın yanında olduğumuzu bildiririk. Səlahiyyətli orqanları tədbir görməyə çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31