Deputatlarımız Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər. MM-dən "Olaylar"a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri burada Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ulu öndər Heydər Əliyevin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər. Parlament nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək barelyef önünə qızıl güllər düzüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31