Prezident bu şəxslərə general-mayoru rütbəsi verdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Xəlilov Təmkin Həsən oğlu - Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu - Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31