Zakir Həsənov: "44 günlük müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpasıyla başa çatıb”

"2020-ci ilin sentyabrın 27-si tarixində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatı həyata keçirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb".

"OLAYLAR"-In xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

O xatırladıb ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31