Azərbaycan icması ilk dəfə olaraq virtual Dövlət Bayrağı Gününü qeyd etdi - ABŞ-da
ABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan icmasının üzvlərinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd etmək üçün icma üzvləri 8 noyabr tarixində bir araya gəldilər. Virtual tədbirə 100-dək ABŞ-da yaşayan vətəndaş və soydaşlarımız, eləcə də türk, pakistanlı, rus və yəhudi icmalarının nümayəndələri də qoşulub.
10 Noyabr 2020 11:23 SiyasətABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan icmasının üzvlərinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd etmək üçün icma üzvləri 8 noyabr tarixində bir araya gəldilər. Virtual tədbirə 100-dək ABŞ-da yaşayan vətəndaş və soydaşlarımız, eləcə də türk, pakistanlı, rus və yəhudi icmalarının nümayəndələri də qoşulub.
Olaylar.az bildirir ki, tədbirin moderatoru, Meyn ştatında Azərbaycan Cəmiyyətinin təsisçisi və prezidenti Tərlan Əhmədov qonaqları salamlayaraq bugünkü tədbirin Şuşanın azad olunması xəbəri ilə üst-üstə düşdüyü və bu da bayram əhval-ruhiyyəsini iki dəfə artırdığını qeyd etmişdir. İlk olaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində həlak olmuş şəhidlərimiz və qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və İcraçı direktoru Dr. Cəmilə Cavadova-Spitzberg və soprano ifaçısı Ariel Hernandezin ifasında Azərbaycan və ABŞ himnləri səsləndirilib.
T.Əhmədov Cəbrayıl, Zəngilan, Fizuli, Qubadlı, o cümlədən Şuşa şəhərinin azad olunmasını vurğulayaraq icmamızı Ordumuzun uğurları münasibətilə təbrik etib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Dövlət Bayrağı Günü və döyüş ərazisində əldə edilmiş qələbələr münasibətilə iştirakçıları təbrik edərək, ökəmizin çətin bir dövrdən keçdiyini və xaricdə yaşayana həmvətənlərimizin həmrəylik göstərdiyinə görə fərəh hissini keçirdiyini və təşəkkürünü bildirib. Bununla bağlı sosial şəbəkələrdə vətəndaşlarımızın fəal olmasına və birlik göstərməyə davam etdirməklərinə çağırış edib.
Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vüqar Məmmədov çıxış edərək Komitə sədri Fuad Muradovun iştirakçılara salamlarını və təbriklərini çatdırdı.
Tədbirin mədəni proqram hissəsinin açılışını edən Azərbaycan Respublikasının əməkdar artisti, Milli Musiqi Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, professor Dr. Nərgiz Əliyarova Azərbaycan mədəniyyəti və musiqisinin tarixi və Qərb və Şərq dəyərlərinin bir araya gəlməsində rolu haqqında məlumat verərək bu xüsusda Qara Qarayevin xüsusi rolunu vurğuladı.
Çıxış edənlər arasında Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və prezidenti Adil Bağırov, My Way uşaq və gənclər mərkəzinin direktoru Alyona Bədəlova, ABŞ-da Paksitan Mədəniyyət Mərkəzinin nümayəndəsi Qaiser Navab, ABŞ-da fəaliyyət göstərən TASC-ın (Turkish American National Steering Committee) həm təsisçisi, türk icmasının fəal nümayəndəsi Gunay Evinç, Gün.az televiziyasının rəhbəri Əhməd Obalı olub. Agil Süleymanov (muğam), Nərgiz Əliyarova (piano) və Agil Hüseynov (tarda ifa), o cümlədən xarici musiqiçilər tərəfindən Qara Qarayevin İldırımlı yollar, Vətən əsərləri ifa olunub, muğam ustası Jeffrey Verbok kamançada Azərbaycan muğamını səsləndirilib.