Səfir Braziliyanın Rede TV telekanalına müsahibə verdi
Azərbaycan Respublikasının Brzaziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın Rede TV telekanalının “Por Brasilia” proqramına müsahibə verib.
10 Noyabr 2020 11:01 SiyasətAzərbaycan Respublikasının Brzaziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın Rede TV telekanalının "Por Brasilia" proqramına müsahibə verib.
Olaylar.az bildirir ki, müsahibədə E.Poluxov Azərbaycan-Braziliya münasibətlərindən danışaraq, ölkəmizin iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Səfir bu sahədə mövcud potensialın tam istifadə edilmədiyini və bunun üçün hər iki ölkənin dövlət orqanlarının işinin fəallaşdırılmasının vacibliyinin söyləyib.
Elxan Poluxov Ermənistan-Azərbaycan münaqişə ilə bağlı suala cavab verərək, Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı qadağa olunmuş raket və mərmilərindən istifadəsi, xarici ölkələrdən muzdluların hərbi əməliyyatlara cəlb edildiyini, erməni terror təşkilatlarının bütün dünyada azərbaycanlıları hədəf aldıqlarını bildirib. Həmçinin, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən erməni diaspora təşkilatlarından söz açan E.Poluxov, onların Dağlıq Qarabağda savaşan erməni separatçıları üçün topladığı maddi dəstək münaqişənin hərbi yolla davam etdirilməsinə və çoxsaylı insan tələfatlarına xidmət etdiyini qeyd edib.
Sonda səfir münaqişənin həllinə dair ölkə rəhbərliyinin mövqeyini səsləndirərək, Ermənistan işğalının nəticələrini aradan qaldırmaq üçün dövlət tərəfindən artıq müvafiq işlərin aparıldığını vurğulayıb.