Spiker media nümayəndələrini təbrik etdi
“Qarşıdan gözəl bayramlar gəlir. Bu bayramlar xalqımız üçün xüsusi məna kəsb edir”. “Olaylar” xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən belə deyib:
6 Noyabr 2020 13:34 Siyasət"Qarşıdan gözəl bayramlar gəlir. Bu bayramlar xalqımız üçün xüsusi məna kəsb edir". "Olaylar" xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən belə deyib: "9 noyabr bayraq günü, 12 noyabr Konstitusiya günü və 17 noyabr Dirçəliş günüdür. Hesab edirəm ki, xalqımızın vətən müharibısi apardığı bu günlər xüsusi məna kəsb edir. Sizi, media nümayəndələrini və xalqımızı ürəkdən təbrik edirəm. Bütün işlərinizdə uğurlar arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31