Bəhruz Məhərrəmov: “İrandan açıqlama gözləyirik”
6 Noyabr 2020 11:55 Siyasət"Bir neçə gün əvvəl İranın ali dini liderinin verdiyi bəyanat alqışlanmalıdır. Lakin bu, İranın bizə lütfü deyil, beynəlxalq hüququn tələbidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, İranın dini liderinin bəyanatı Azərbaycandan çox beynəlxalq hüquqa sadiqlik nümunəsidir: "İran Ermənistan üçün nəfəslikdir. İran ərazisindən Ermənistana silah daşınması həyata keçirilir. Bununla İran bu gün təcavüzə yardım verən ölkə kimi qiymətləndirilməlidir. Doğrudur, iki dövlət arasında münasibətlərə qarışmaq doğru deyil, amma İran bu zaman nəzərə almalıdır ki, qarşısındakı dövlət işğalçıdır. İranın ali dini lideri terrorçularla bağlı təhdidlərə də bəyanatda yer vermişdi. Hesab edirəm ki, İranın ali dini lideri bu məsələdə Fransa və digər ölkələrdəki qeyri-rəsmi mənbələrin feyk xəbərlərinə istinad edir. Bununla bağlı İrandan açıqlama gözləyirik".