"Yatıram sonra yığarsız" - Maestro Ceyhun Qubadlının azad olunmasına BİGANƏ YANAŞDI

Ötən gün prezident İlham Əliyev Qubadlı şəhərinin işğaldan azad olunması xəbərini xalqımıza çatdırdı. Hər birimiz bu xəbəri böyük sevinc və qürur hissi ilə qarşıladıq.

BiG.AZ xəbər verir ki, elə xəbəri eşidən kimi fərqi yoxdu hansı torpaqda doğulan Bakı sakinləri də eyvanlara, şəhərə çıxıb qələbə sevinclərini bölüşdülər. Biz də öz növbəmizdə Qubadlıdan olan məşhurlarımızla əlaqə saxladıq ki, onlar da öz sevinclərini izləyiciləri ilə bölüşsünlər. İlk zəng elədiyimiz təbii ki, əməkdar artist maetsro Ceyhun oldu.

Əslində telefonun o başından sevincli, xoşbəxt, bəlkə də kövrək bir səs gözləyirdik. Amma aldığımız cavab bizi sözün əsl mənasında şoka saldı...

Məşhur skripkaçı "Qubadlının işğaldan azad olunmasından xəbərim var...İndi yatıram, sonra zəng edərsiz" deyərək telefonunu söndürdü.

Onu da deyək ki, zəng etdiyimiz saat 11:00 radələri idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31