Los-Ancelesdən İrəvana 20 tondan çox hərbi avadanlıqlar gətirildi
11 Oktyabr 2020 19:52 SiyasətLos-Ancelesdən İrəvana humanitar yardım adı altında 20 ton silah-sursat gətirilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan özünün Facebook səhifəsində yazıb. O qeyd edib ki, "Los-Ancelesdən İrəvana, "Hayastan" Ümumerməni Fonduna humanitar yardım çatdırılıb".
Nazirlik rəsmisi gizlətməyə çalışsa da, yardımlar içərisində tibbi və hərbi avadanlıqlar və mobil enerji təchizatı sistemlərinin adını çəkib.
Fakt odur ki, ermənilər silahlanır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31