“Bu, Xocalıdan sonra növbəti soyqırımıdır” - Hikmət Hacıyev
11 Oktyabr 2020 11:26 SiyasətPrezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında ermənilərin Gəncəyə barbar hücumunu Xocalı soyqırımı ilə müqayisə edib.
"Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31