Paşinyan erməni xislətinin, avantürizminin XXI əsrdə özünü göstərən ən bariz obrazıdır- Əvəz Rüstəmov

Əvəz Rüstəmov

Sovet ordusu Berlinin 100 kilometrliyində olanda Hitler təmtəraqlı qəbullar, şadyanalıq etmək barədə göstəriş vermişdi. Hətta belə bir xəbər də yayılmışdı ki, guya Almaniya ordusu rusları geri oturdub, əks hücum başlayıb.

Səddam Hüseyn Qərb hərbi birləşmələri Bağdadın 10 kilometrliyinə çatanda da sarsaq bəyanatlarından qalmamışdı.

İndi Ermənistan hakimiyyəti də oxşar vəziyyətdədir. Erməni saytlarına baxanda adamda elə təsəvvür yaranır ki, sanki leşləri ortalıqda qalanlar bunlar deyil...

Hakimiyyətdəkilər Qarabağın guya erməni torpağı olduğu nağılına özlərini və xalqı o qədər inandırıblar ki, o qədər zəhərləyiblər ki, bu psixozu heç cür kənara qoya bilmirlər.

Həm bu şərəfsizlər tarix boyu almağa öyrəşiblər. İndi bunlardan alınmasını həzm edə bilmirlər, gicləyirlər. Alçaqlığın ən sonuncu variantlarına əl atır çaqqal sürüsü.

Ancaq inşallah müqəddəs davamızla bütün oturuşmuş stereotipləri dağıdacağıq. Necə ki, alınmaz saydıqları, ətrafında mif yaratdıqları istehkamlarını dağıdırıq. 30 ilə yaxındır əllərində saxladıqları torpaqları əllərindən alırıq. Öz torpaqlarımıza sahiblənirik.

Bildiyim bir həqiqət var - tarixin erməni xislətinə, avantürizminə, şərəfsizliyinə cəza kəsdiyi anları olub. Biz bu gün onlara cəza kəsirik, onlara quduzluq əleyhinə peyvənd vururuq.

Mahiyyətlərindəki ikiüzlülüyün, riyakarlığın qeyri-insaniliyin, səmimiyyətdən uzaq hər nələri varsa onun cəzasını veririk biz. Bu, yalnız bizim haqq davamız deyil, əslində mütərəqqi dünyanın, Cənubi Qafqazın sülh, əməkdaşlıq, rifah şəraitində görmək istəyənlərin hər birinin davasıdır.

Bu regionda sabitliyin təhdid ünvanıdır Ermənistan. Xəstəlikdir bu dövlət. Öz mənafeyi üçün bütün mənafeləri satmağın namərd simasıdır Ermənistan. Mənafelər uyduraraq rahat dayana bilməməyin adıdır Ermənistan. Onu ən alçaldıcı, ən miskin şərtlərlə sülhə məcbur etmək lazımdır.

Vaxtilə kimlərinsə hesabına əldə etdikləri və hər addımda gözə soxduqları qürur imitasiyalarını çilik-çilik eləmək şərtdir, leşləri ilə birlikdə torpağa gömmək gərəkdir. Tam sınmalıdır bu anti-bəşəri ovqatlıların dövlət adı ilə bir yerə toplaşdıqları şərəfsizlər sürüsü.

Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında Ermənistanın baş naziri Nikol Paşinyanı əbəs yerə alçaltmır. O, çox gözəl bilir nə dediyini. Paşinyan erməni xislətinin, avantürizminin XXI əsrdə özünü göstərən ən bariz obrazıdır.

Prezident İlham Əliyevin söylədikləri yalnız düşmənə bəslənilən qəzəb və hiddət deyil, o, ermənilik mərəzinə tutulmuş Ermənistan hakimiyyətinin saxtakarlığı, bölgəni təhlükəyə soxma istəkləri ilə mübarizənin qaydasını açıqlayır. Bu qaydanın alternativi yoxdur. Dünya bunu günbəgün dərk edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31