Azərbaycan bu həssas dövrdə bütün qonşularının və digər ölkələrin Azərbaycana münasibətini diqqətdə saxlayır

 «Sentyabrın 27-də ermənilərin cəbhə xəttində törədiyi təxribata əks hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri ötən günlər ərzində düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Azərbaycan Ordusunun şücaəti nəticəsində 13 gün ərzində 34 ərazini işğaldan azad edilib.

"Sentyabrın 27-də ermənilərin cəbhə xəttində törədiyi təxribata əks hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri ötən günlər ərzində düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Azərbaycan Ordusunun şücaəti nəticəsində 13 gün ərzində 34 ərazini işğaldan azad edilib. Ötən müddətdə Ermənistanın 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-i "Akasiya", 2-si "Qvozdika", - 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 "S-300" kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 "Repelend" radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 "Kalçuqa" anteni məhv edildib."

Bu fikirləri Olaylar.az-a açıqlamsında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Cəsarət Hüseynzadə qeyd edir ki, eyni zamanda Azərbaycan Ordusu düşmənin 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 ZİL maşını, 9 QAZ maşınını qənimət kimi götürülmüşdur.

Göründüyü kimi çox da böyük olmayan bir döyüş mövqeyində Ermənistanın bu qədər hərbi itki verməsi Ermənistan rəhbərliyini ciddi təşvişə salıb:

"Azərbaycan Ordusu tərəfindən ardıcıl zərbələr alan və hərbi texnikası tamamilə məhv olmuş Ermənistan müxtəlif yollarla silah-sursat bazarına çıxmaq və yeni silah almaq üçün yollar axtarır.

Mediada Ermənistanın sabiq prezidenti R.Koçaryanın Dağlıq Qarabağa səfərdən sonra silah təchizatı ilə bağlı məsələləri həll etməyə çalışdığı barədə məlumatlar getmişdi. Onu da qeyd etmək lazımdır ki, bəzi qonşu ölkələr Azərbaycanla həmrəylik nümayiş etdirərək öz hava və quru ərazilərini hərbi texnikanın daşınması üçün Ermənistana bağlı elan etmişlər. Digər ölkələr isə həssas dönəmdə məcburən bu addımı ataraq öz birtərəfliyini göstərmək istəyiblər.

Bu vəziyyətdə Ermənistan yeganə çıxış yolu kimi, artıq humanitar yardım adı altında, qaçaqmalçılıq yolu ilə, mülki təyyarələrlə əsasən Rusiyadan Ermənistana silah-sursat daşınmasına başlanıb. Rusiyanın rəsmi orqanlarının bu prosesdə iştirakını təsdiq edən hər hansı məlumat yoxdur.

Bu prosesdə əsas iştirakçılar kimi Ermənistanın müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyan çıxış edirlər.

Ermənistanda "boz biznesmen" kimi tanınan Samvel Karapetyan baş nazir Nikol Paşinyanın və onun ailə üzvlərinin də iştirak etdiyi böyük silah qamaqmalçılığı aferasında ad çıxartmışdı.

Xatırlayaq ki, burada söhbət Ermənistanın KTMT çərçivəsində güzəştli qiymətlərlə əldə etdiyi silahların üçüncü ölkəyə baha qiymətə satışından gedirdi. Məhz bu fırıldağa görə Qalstyan Rusiyadan qovulmuşdu."

QHT.az saytının rəhbəri bildirir ki, bir çox mənbələrdə Ermənistana silahların daşınması məsələsində oktyabrın 3-də Rusiyaya səfər edən baş nazirin müavini Mqer Qriqoryanın və oktyabrın 4-də həmin ölkədə olan Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçayanın da yaxından iştirak etmələrinə dair məlumatlar yayılmaqdadır:

"Bütün bu faktları Atlantic Airways şirkətinin Ermənistana uçuşlarının bərpa edilməsi, Ermənistandan Rusiyanın Mineralnıye vodı şəhərinə reyslərin açılması da təsdiq edir. Bildiyimiz kimi mülki təyyarələr ilə hərbi texnikanın və silah-sursatın daşınması qadağandır.

Belə ki, bu fakt Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.

Dünən və bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 10 saatdan artıq davam edən və yekunda humanitar məqsədlə atəşkəs elan olunması ilə bağlı elan olunan bəyanatı fonunda Rusiyanın bu suallara cavab verməsi vacibdir.

Təbii ki, Rusiyanın rəsmi hakimiyyət orqanlarının bu məsələ ilə maraqlanmasına və müvafiq tədbir görməsinə ehtiyac var. Çünki, bu ölkələrdən silah qaçaqmalçılığı ilə Ermənistana gətirilən hərbi texnika Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini raket atəşinə tutmaq üçün istifadə edilir.

Azərbaycan bu həssas dövrdə bütün qonşularının və digər ölkələrin Azərbaycana münasibətini diqqətdə saxlayır və həmin ölkələr ilə sonrakı əlaqələr məhz bu müşahidələr nəticəsində yenidən formalaşacaq. Bu baxımdan silah qaçaqmalçılığı üçün ərazisi istifadə oluna biləcək, Azərbaycana siyasi dəstək ifadə edən İranın və öz ərazisindən silah daşınmasına yol verməyəcəyini bəyan etmiş Gürcüstanın da ayıq-sayıq olması vacibdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31