Əbədi müharibə olmur. İndi söz diplomatlarındır- YUNUS OĞUZ

Bildiyimiz  kimi  Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.Bəyanata  əsasən  humanitar  məqsədli  atəşkəs  elan  edilib.Milli   Vəhdət  Partiyasının  sədri  Yunus  Oğuz  bildirib  ki, 1988-ci ildən bəri ilk dəfədir ki, hərbi, siyasi, psixoloji üstünlüyümüz göz qabağındadır. Ruhdan düşmək  olmaz..27 sentyabr birliyimizin başlancığı oldu.Əbədi müharibə olmur. İndi söz diplomatlarındır. Dirənmək,hərbi üstünlüyümüzü siyasi üstünlüyə çevirmək  lazımdır.Yunus  Oğuz  daha  sonra  deyib  ki, ortada  bütün  incəlikləri  özündə  əks  etdirən  hüquqi sənəd  yoxdur.  Ortada  Ali  Baş  Komandanın qəti  və  birmənalı  mövqyi  var- Ermənistan  qüvvələri  işğal  olunmuş  ərazilərdən  çıxmalıdı! 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31