Lavrovdan QARABAĞ AÇIQLAMASI: "Münaqişənin tezliklə sülh yolu ilə..."
Bakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb.
10 Oktyabr 2020 08:57 SiyasətBakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb.
Olaylar.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
"Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar", - Lavrov əlavə edib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31