Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir
9 Oktyabr 2020 15:01 SiyasətAzərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü düşünülmüş daxili və xarici siyasəti öz bəhrəsini verməkdədir. Xüsusən, dövlət başçısının elan etdiyi hücum diplomatiyası artıq ölkəmizin bir sıra üstünlükləri ilə müşahidə olunmaqdadır. Artıq demək olar ki, çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın haqq səsinə dəstək nümayiş etdirilər. Məhz bunun nəticəsidir ki, hazırda işğalçı dövlət olan Ermənistan hərb meydanında tək qalıb. Dövlət başçısının həyata keçirdiyi siyasətin qayəsində Azərbaycan dövləti bə xalqının maraqları dayandığından dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Hazırda erməni təxribatçılarına qarşı həyata keçirilən əks-hücum əməliyyatları deməyə əsas verir ki, dövlətimizin başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib. Azərbaycanın prinspial mövqeyi ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunsun. Lakin danışıqlar danışıq xatirinə yox, beynəlxalq təşkilatların nəzarəti altında konkret qrafik üzrə aparılmalıdır. Daha dəaiq, danışıqlar prosesində Prezident İlham Əliyevin tələb etdiyi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.
Hazırda isə siyasi, hərbi və diplomatik üstünlük əldə edən Azərbaycan beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin icrasını tələb edir. Azərbaycana qarşı yersiz şərtlər irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən isə ağ bayraq qaldırılır. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya olmaq astanasındadır. Ona dörə ki, Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır. Bu isə o deməkdir ki, hazırda danışıqlar formatı dəyişməz olaraq qalır. Bu istiqamətdə aparılan cəhdlərin qarşısı birmənalı şəkildə alınıb.
İndi Azərbaycan Ordusunun əldə etdiyi uğurlar diplomatiya sahəsinə də təsir göstərib. Belə ki, rəşadətli Azərbaycan ordusu cəmi on gün ərzində ermənilərin otuz il ərzində yaratdıqları mifi darmadağın edib. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Belə ki, hazırda Azərbaycanın hücum diplomatiyasının naliyyətləri yeni şərtlər diktə etmək imkanı yaradıb. Artıq Azərbaycan xahiş, minnət deyil, tələb dilində öz şərtlərini irəli sürür. Bu isə birmənalı şəkildə mövcud status-kvonun dəyişdirilməsinin etirafı kimi qəbul edilməlidir. Bütün sadalanan faktlar Prezident İlham Əliyev əzmli və qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etmiş olur. Başqa sözlə, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Alim