Dini icma üzvləri Ali Baş Komandana müraciət ediblər

Ölkədə fəaliyyət göstərən dini icmalar Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  Ilham Əliyevə müraciət ünvanlamaqda davam edirlər.  Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən Cümə məscidindən "Olaylar"a daxi olan müraciətdə bildirilir: "Bismilləhi-r-Rahməni-r-Rahim. Cənab Ali Baş Komandan, mən, Bakı şəhəri, Nərimanov rayonu, Cümə məscidinin (el arasında Əbubəkir məscidi kimi tanınır) imamı Qamət Suleymanlı, öz adımdan və məscidimizin dindarları adından bildirirəm ki, Vətənimizin bu ağır, eyni zamanda şərəfli günlərində Sizin əmr və tapşırıqlarınızı hər an yerinə yetirməyə canımızla, qanımızla və malımızla tam hazırıq. Ölkəmizin bu haqq yolda müzəffər olması üçün Uca Allaha dualar edirik. ALLAH xalqımıza tez bir zamanda mənfur düşmən üzərində qələbə çalmağı nəsib etsin!"

AMIN

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31