Fransadan növbəti ermənipərəst qərar
9 Oktyabr 2020 13:11 SiyasətFransanın Alfortville şəhərinin bələdiyyə sədrinin müavini Qaro Xaçikyan separatçı "Dağlıq Qarabağ Respublikası"nın tanınması təşəbbüsü ilə çıxış edib.
"OLAYLAR" xəbər verir ki, qərar Bələdiyyə Məclisində yekdilliklə qəbul edilib. Bələdiyyə Məclisi həmçinin separatçılara maddi dəstək verilməsi barədə də qərar verib.
Qeyd edək ki, Alfortville şəhəri Fransada qondarma rejimi tanıyan ilk şəhər oldu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31