Erdoğan dünya ölkələrini Azərbaycanı dəstəkləməyə çağırdı - Beynəlxalq tədbirdə Qarabağ mesajı
Ermənistanın Azərbaycana yönəlmiş təcavüzü səbəbindən Dağlıq Qarabağ bölgəsində şiddətli atışmalar yaşanır. Dağlıq Qarabağ təxminən 30 ildir Ermənistan tərəfindən işğal edilmiş bir Azərbaycan torpağıdır. BMT və ATƏT-in qərarlarına və çağırışlarına rəğmən Ermənistan bu torpaqlardan çəkilməmişdir.
9 Oktyabr 2020 22:30 SiyasətErmənistanın Azərbaycana yönəlmiş təcavüzü səbəbindən Dağlıq Qarabağ bölgəsində şiddətli atışmalar yaşanır. Dağlıq Qarabağ təxminən 30 ildir Ermənistan tərəfindən işğal edilmiş bir Azərbaycan torpağıdır. BMT və ATƏT-in qərarlarına və çağırışlarına rəğmən Ermənistan bu torpaqlardan çəkilməmişdir.
Olaylar.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında keçirilən Türkiyə-Afrika İqtisadi və Biznes Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu da münaqişəni həll etmə məsələsində heç bir iradə göstərməyib:
"Ermənistanın uzlaşmaz və ərköyün tövrləri səbəbi ilə 30 ildir adətən qanqrenə dönmüş bu məsələnin çözümü işğalın sona çatmasıdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin artıq ərazidə tətbiq olunma şansı yoxdur.
Azərbaycanın da torpaqlarını azad etmək məsələsində son dərəcə əzmli olduğunu görürük.
Türkiyə olaraq, bütün qəlbimizlə Azərbaycanın torpaqlarını geri almaq üçün həyata keçirdiyi haqlı mücadiləsini dəstəkləyirik.
Ədaləti və bərabərliyi müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq.
Afrikalı dostlarımız hər zaman işğala, xüsusən də Fələstin məsələsinə sərt reaksiya göstəriblər.
İnanıram ki, Dağlıq Qarabağın işğaldan azad edilməsində Azərbaycanın yanında olacaqsınız".