Ermənistanda hərbi vəziyyət rejimi sərtləşdirildi
9 Oktyabr 2020 09:29 SiyasətErmənistanda Dağlıq Qarabağdakı münaqişənin artması səbəbindən sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyət sərtləşdirilib.
Sputnik Armenia-nın Telegram-da verdiyi xəbərə görə, yeni qaydalar Ermənistan polisi tərəfindən idarə olunacaq.
Xüsusilə, hərbi vəziyyətin qanuni rejimini təmin edən dövlət qurumları və vəzifəli şəxslərin hərəkətlərini tənqid, təkzib və sorğu edən ifadələrin yayımlanması qadağan edilib.
Bundan əlavə, ölkənin müdafiəsini və təhlükəsizliyini sarsıtmaq məqsədi daşıyan təbliğat-təşviqat da qadağandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31