Ermənistan Xankəndində soyqırımı törətməyə hazırlaşır
9 Oktyabr 2020 08:08 Siyasət"Müzəffər Ordumuzun öz ərazilərimizdə işğalçı erməni qüvvələrinə qarşı əks-hücumları uğurla davam edir. Cəbhədən hər gün sevinc dolu xəbərlər alırıq. Üçrəngli bayrağımız azad etdiyimiz kənd və qəsəbələrimizi bəzəyir, düşməndən geri aldığımız yüksəkliklərdə dalğalanır. Ermənilərin canlı itkiləri minlərlədir. Döyüş meydanlarında məhv etdiyimiz texnikasının, silah-sursatının dəyəri milyardlarla ölçülür". Bunu "Olaylar" a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, silahı yerə qoyub təslim olmaq, əsgərlərının həyatını qorumaq əvəzinə, ermənilər daha da azğınlaşır, quduzlaşırlar. Artıq neçə gündür ki, mülki əhalini, yaşayış məntəqələrimizi, hətta döyüş bölgələrindən çox-çox uzaqlarda olan Gəncəyə, Mingəçevirə,Abşerona Ermənistan ərazisindən raket zərbələri endirmələri bunu sübut edir:
"Azərbaycan Prezidenti,Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz dinc ermənilərlə döyüşmür. Lakin düşmən ordusu birləşmələri bizim mülki insanlarımızı atəşə tutur, hərbi cinayətlərini getdikcə genişləndirirlər. Ermənilər aqressivlliklərini artırmaqla elə hesab edirlər ki,bizi durdura biləcəklər. Yanılırlar. Ümumiyyətlə, hadisələr bir daha sübut edir ki, ermənilər qətiyyən özlərini dünyaya təqdim etdikləri kimi deyillər. Onlar sağlam düşüncədən, məntiqdən çox uzaqdırlar. Azərbaycan hərbçilərinin işğalçıları əzdiyi,tapdaladığı bir vaxtda ,bu mənfurların nümayiş etdirdikləri davranış ağılsızlıqdan başqa bir deyil. Dünyada hər kəs başa düşür ki, Ermənistanın rəhbərləri öz xalqını məhv edir. Əslində, cəlladlar,qaniçənlər,vandallar yetirən bir xalq, gerçəkdən,məhvə layiqdir.
Dünən xaricdə yaşayan bir həmyerlimizdən aldığım məlumat ermənilərin hər cür ağılsız, qəddar hərəkətlərə əl ata biləcəklərini təsdiqləyir. Geniş əlaqələrə malik tanışımın bildirdiyinə görə,Ermənistanın siyasi-hərbi rəhbərliyi xüsusi xidmət orqanlarının əli ilə Dağlıq Qarabağda ermənilərin yaşadığı hansısa bir qəsəbədə, hətta ola bilsin ki, elə Xankəndinin özündə qətliam törədib, cinayəti Azərbaycan Ordusunun üstünə atmaq və bütün dünyanı üzərimizə qaldırmaq istəyirlər. Bu informasiya ermənilərin öz məkrli, çirkin məqsədlərinə çatmaq üçün ən iyrənc, antiinsani cinayətlərdən vaz keçmədiklərini göstərir.
Bilirəm ki, Ermənistanda bizim mətbuatı diqqətlə izləyirlər. Çox güman ki, bu xəbərdən hiddətlənən sadə ermənilər onları bu bataqlığa salmış Paşinyana və onun sələflərinə bunu bağışlamayacaqlar.