Ağ Ev Dağlıq Qarabağ və Naxçıvanla bağlı xüsusi xidmət orqanlarının üstündən məxfi qrifini götürdü

"Aparılan ciddi araşdırmalardan sonra Ağ Ev Dağlıq Qarabağ və Naxçıvanla bağlı verilən informasiyaların böyük əksəriyyətinin təsdiqini tapmaması səbəbindən Mərkəzi Kəşfiyyat İdarəsinin Məlumat Bürosuna, Strateji Araşdırma Mərkəzinə və Kəşfiyyat Xidmətinə öz iradını bildirib. Bunu "Olaylar"a politoloq, professor Rövşən Novruzoğlu deyib.

Politoloq əlavə edib ki, buna görə də Dağlıq Qarabağ (məxfi qrif 1606) və Naxçıvanla (məxfi qrif 1902) bağlı qeydlər qovluqlardan götürülüb. Dağlıq Qarabağ və Naxçıvanla bağlı məlumat toplayan generalların böyük bir qismi artıq otaqlarındakı xəritələri dəyişirlər.

Xatırladaq ki, həmin xəritələrdə Dağlıq Qarabağ və Naxçıvan Ermənistan ərazisi kimi təqdim olunurdu. Tramp administrasiyası Xarici Kəşfiyyat İdarəsinin rəhbərliyinə və bir neçə generala ciddi şəkildə irad bildirib. Məlumatda o da bildirilir ki, sözügedən olayla bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyində ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31