İlham Əliyev işğaldan azad edilən bu kəndlə bağlı QANUN İMZALADI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb.
7 Oktyabr 2020 15:26 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb.
Olaylar.az xəbər verir ki, sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.
Qeyd edək ki, Suqovuşan 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31