Ermənilər qəsdən mülki vətəndaşları və əmlakı vururlar
“Füzuli rayonu, o cümlədən Horadiz şəhəri və kəndlərimiz mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Onlar xüsusilə mülki vətəndaşları və əmlakı vururlar.
7 Oktyabr 2020 14:35 Siyasət"Füzuli rayonu, o cümlədən Horadiz şəhəri və kəndlərimiz mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Onlar xüsusilə mülki vətəndaşları və əmlakı vururlar. Horadiz şəhərində yerləşən deputat ofisimiz də onların hədəfinə tuş gəlib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bizim arzumuz Füzuli şəhəri azad olunduqdan sonra ofisimizi şəhərin mərkəzinə daşımaq və seçicilərimizlə orada görüşməkdir. Əməkdaşlarımız hər zaman vətəndaşlarımızın yanındadır. Rayonumuzun atəşə tutulması hələ də davam edir". Bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Cəbrayıl şəhəri və bu rayonun kəndlərinin geri alınması üçün ilk addımlar məhz Füzulidən başlayıb: "Bu istiqamətdə ordumuz böyük uğurlar əldə edib. Hazırda onlar digər istiqamətə, Füzuli şəhərinə doğru irəliləyir. Ümid edirəm ki, yaxın zamanda bu haqda xoş xəbərlər ictimaiyyətə təqdim olunar. Şiddətli döyüşlər gedir, amma döyüş şəraiti Azərbaycan ordusunun lehinədir. İnsanlar arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir, panika yoxdur. Xüsusilə gənclərimiz əllərində bayraqlarla yolların kənarında durub, ordumuza və Ali Baş Komandana öz dəstəklərini nümayiş etdirirlər".