Ermənistanın itkiləri açıqlandı - RƏQƏMLƏR
7 Oktyabr 2020 11:48 SiyasətDüşmənin məhv edilən döyüş texnikasının siyahısı Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Müdafiə Nazirliyi xəbər verir ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.
Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
- 250-dək tank və digər zirehli texnika;
- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 60-dək hava hücumundan müdafiə vasitələri;
- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 8 silah-sursat anbarı;
- 150-dək avtomobil texnikası;
- 1 ədəd "S-300" zenit-raket kompleksi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31