Ermənilər tarix boyu hiyləgərliklərindən bəlaya düşüblər

 “Azərbaycan Ordusu inamla irəliləyir. Bütün istiqamətlərdə üstünlüyü ələ alan silahı qüvvələrimiz düşmənə ölümcül zərbələr vurur. Ermənistanın resursları artıq tükənməyə doğru gedir.

"Azərbaycan Ordusu inamla irəliləyir. Bütün istiqamətlərdə üstünlüyü ələ alan silahı qüvvələrimiz düşmənə ölümcül zərbələr vurur. Ermənistanın resursları artıq tükənməyə doğru gedir. Müharibə asan iş deyil. Böyük maliyyə imkanları, maddi-texniki baza, silah-sursat rezervləri, insan resursları və s.lazımdır. İqtisadiyyatı zəif, büdcəsi kasad,ehtiyat qüvvələri qadınlardan və qoca kişilərdən ibarət olan düşmən ölkənin ənənəvi erməni biclikləri isə bitib tükənmək bilmir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, sentyabrın 27-də işğalçı ordusuna hücum əmri verən Paşinyan elə hesab edirdi ki, çox qısa zaman ərzində hiylələr və provakasiyalar nəticəsində Rusiyanı konfliktə cəlb edəcək. Alınmadı. Rusiya təmkinini saxlamaqla erməniləri məyus etdi: "Görünən odur ki, Kremldə müdaxilənin yarada biləcəyi bütün mümkün hüquqi, siyasi, hərbi məsuliyyətin fərqindədirlər. Rus cəmiyyəti də əsgərlərinin gedib ermənilərin ədalətsiz və şər mövqeləri uğrunda ölmələrini, əsla,istəmir. Üstəlik, Rusiya Qarabağa bizə qarşı vuruşmağa qərar verərsə, qarşısında güclü Türkiyə-Azərbaycan Ordusunun biliyini görəcək. Qafqaz xalqlarının da çoxunun yanımızda duracağı hər kəsə bəllidir".

Onun sözlərinə görə,  növbəti hiylə kimi ermənilər Fransanı işə qatmaq istədilər. Yenə alınmadı: " Ermənilərə qahmar çıxan Makron ölkəsini çıxılmaz vəziyyətə saldı. Azərbaycanda Fransanın Minsk qrupunda qalmasına böyük etirazlar var. Əgər həmsədrlərin fəaliyyəti bərpa olunarsa, ölkəmizin o prosesə qatılmasını xalq rədd edəcək. Fransa dəyişdirilməlidir. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkə üçün bundan böyük siyasi zərbə olmaz. Erməni baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını hərəkətə gətirmək üçün guya Türkiyə F-16-larının Ermənistanın səmasında onun təyyarələrini vurduğu iddiası ilə hay-küy saldı. Bu dəfə də alınmadı. Hər kəs bunu sayıqlama kimi qəbul etdi. Axı, NATO-nun, bütün region dövlətlərinin, o cümlədən, müttəfiqi Rusiyanın radiolokasiya sistemlərində hər şey görsənir, qeyd olunur. Görünür, erməni biclikləri müasir texnologiyalarla ayaqlaşa bilmir.

Hər gün yeni bir diletant iddia, hər gün yeni bir hiylə. İndi isə görün, rəsmi Yerevan nəyə əl atır. Bar-bar bağırır ki, guya, xristian olduqları üçün onları məhv edirlər və xaçpərəst dünyası köməyə gəlməsə, regionda sonuncu xristian dövləti yox olacaq. Zənnimcə, bu, artıq düşmən ölkəni yönəldənlərin ciddi əqli problemlərinin olduğunu sübut edir. Yoxsa onlar gürcülərin xaçpərəst olduqlarını bilmirlər? Yaxud Qafqazda, o cümlədən, Azərbaycanda xristianların yaşadıqlarından xəbərsizdirlər? Ölkəmizdə onlarla provoslav və katolik kilsələrinin fəaliyyətdə olduğunu,ən azından Bakıda fəaliyyət göstərən xarici ölkə səfirlikləri və nümayandəliklərinin əməkdaşları öz gözləri ilə görürlər. Bir sözlə, ermənilər tarix boyu hiyləgərliklərindən və bicliklərindən bəlaya düşüblər. İndi də ona qurban gedirlər. Qoy getsinlər. Belələrinin yeri cəhənnəmdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31