Ərdoğan 2 ölkəyə səfərə çıxır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 ölkəyə səfər edəcək.
7 Oktyabr 2020 10:19 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 ölkəyə səfər edəcək.
Olaylar.az xəbər verir ki, R.T.Ərdoğan bu gün Küveyt və Qətərə gedəcək.
O, Küveyt səfəri çərçivəsində ölkənin əmiri Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşəcək. Toplantılarda ikili münasibətlər və regional məsələlər müzakirə olunacaq.
Qətərdə isə əmir Şeyx Təmim ibn Haməd Əl Sani ilə bir araya gələcək. Burada iki ölkə arasındakı mövcud əməkdaşlıqların inkişafı dəyərləndiriləcək, əlavə olaraq, regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31