Cəbhədə şiddətli döyüşlər gedir: Düşmən mülki əhalini atəşə tutdu

Cəbhədə şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 7-si səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atıb. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31