ABŞ prezidentinin baş məsləhətçisi koronavirusa yoluxub

ABŞ prezidentinin baş məsləhətçisi Stiven Miller yeni növ koronavirusa (COVİD-19) yoluxub.

"CNN" telekanalının  verdiyi məlumata görə, S.Miller bildirib ki, o, son 5 günü məsafədən işləyib və onun testlərinin nəticələri bu günədək mənfi olub:

"Bu gün COVİD-19 testinin nəticəsi müsbət oldu və bu səbəbdən mən karantindəyəm".

Qeyd edək ki, son bir neçə gün ərzində Ağ Evdə koronavirusa yoluxma hallarında artım qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31